Həvəskar və peşəkar fotoqraflar üçün “BEFORE & AFTER” Adobe Lightroom kursunu təqdim edirik. Təlimdə iştirak etməklə
Siz, redaktor vasitəsilə fotoların emalına sərf etdityiniz vaxtı azaltmaqla
yanaşı, onların emal keyfiyyətini artıracaq, eləcə də yaradıcı fəaliyyət
imkanlarınızı genişləndirməklə, fotoqrafiya sahəsindəki bilik və
bacarıqlarınızı daha yüksək mərhələyə daşımaq imkanı əldə edəcəksiniz. Təlim Azərbaycan və Rus dillərində aparılır.

Kurs bitdikdən sonra yadınızdan çıxan və ya başa düşmədiyiniz nəsə olsa, eləcə də hər hansı bir texniki problemlə üzləşsəniz və məsləhətə ehtiyaçınız olarsa, hər an dəstəyimə arxalana bilərsiniz. Bunun üçün yeganə şərt - kurs haqqında rəyinizi və şərhlərinizi bu mövzunun altında hamı ilə bölüşməkdir.
KURSUN QISA MƏZMUNU
Lightroomla tanışlıq
- RAW haqqında
- Proqramın konsepsiyası
- Proqramın kompüterə qurulması
- Library (Kitabxana)
- Fotoların əlavə edilməsi
- Meta-data ilə iş
- Fotoların seçilməsi
- Kolleksiyaların yaradılması
- Fotoların sürətli emalı
- Eksport
- Ağ balans
- Ekpozisiya ilə iş
- Fotoların rəng tonunun dəyişilməsi
- Ağ-qaraya çevirmə texnikaları
- Lenslərin təhrifinin aradan qaldırılması
- Fotoların korreksiyası
- Presetlərin yazılması və yaradılması
- Fotoların sinxron emalı və korreksiyası
- Map
- Book
- Slideshow
- Web
MƏKAN
2942A, M. Hadi küçəsi (Həzi Aslanov metro stansiyasının yaxınlığında)
MÜDDƏT, TARİX
VƏ VAXT
Kurs ümumilikdə həftədə 2 dəfə olmaqla 8 dərsdən ibarətdir. Məşğələlərın vaxtı qrup yığıldıqdan sonra, iştirakçıların rəyini nəzərə almaqla təyin ediləcək.
İŞTİRAKÇI
SAYI
Təlimin efektivliyi
məqsədilə kursda iştirakçı sayı məhduddur. Qrupda maksimum 5 iştirakçı
nəzərdə tutulub.
SİZƏ NƏ LAZIM OLACAQ
- Noutbuk
- Adobe Lightroom proqramı. Proqramı (İngilis dilində trial) buradan endirə bilərsiniz
- Fleş kart
- Qeydlər üçün qələm və dəftər
QİYMƏT
Təlimdə 1 nəfər üçün iştirak haqqı 100 AZN-dir. İştirak haqqı əvvəlcədən və ya birinci məşğələdə ödənilməlidir.
TƏLİMÇİ
Rüfət Abas
Əlavə məlumat və qeydiyyat üçün əlaqə:
Email: info@rufatabas.com
Əlavə məlumat və qeydiyyat üçün əlaqə:
Email: info@rufatabas.com
Telefon: +994 51 940 40 99
Telimler gedir helede yani indi qoshula bilerem yoxsa gecdi?
ReplyDeleteQrup təlimləri üçün qrup artıq yığılıb, fərdi təlim üçün hələ yer var.
Delete