August 8, 2014

“LİGHTİNG İNTENSİVE” kursu

“LİGHTİNG İNTENSİVE” kursu süni işığın xüsusiyyətləri, növləri və imkanları ilə tanış olmaq, habelə modellərlə fərdi qaydada işləmək bacarığını inkişaf etdirmək istəyən başlanğıc və orta səviyyəli hazırlığı olan fotoqraflar üçün nəzərdə tutulub. Kursda süni işıqla işləməyin əsas texniki üsulları, işıq modifikatorlarının işi və onlar vasitəsilə əldə edilə biləcək effektlər nəzərdən keçiriləcək. İştirakçılara böyük məmuniyyətlə bir neçə işıq sxemləri və onları təcrübədən keçirmək imkanı təklif edilir. Qazanılmış biliklər nəzəri və praktiki məşğələlər, o cümlədər studiyada iş vasitəsilə möhkəmlənir. Hər praktiki məşğələdən sonra çəkilmiş işlər ətraflı müzakirə olunur. Bundan əlavə, maraqlananlar üçün portfolio-review təşkil ediləcək. Təlim Azərbaycan və Rus dillərində aparılır. Yalnız kamera və yeni biliklər öyrənmək həvəsi kifayətdir. Gözəl əhval-ruhiyyə və yaradıcı mühit təmin ediləcək. 


Kurs bitdikdən sonra yadınızdan çıxan və ya başa düşmədiyiniz nəsə olsa, eləcə də hər hansı bir texniki problemlə üzləşsəniz və məsləhətə ehtiyaçınız olsa, hər an dəstəyimə arxalana bilərsiniz. Bunun üçün yeganə şərt - kurs haqqında rəyinizi və şərhlərinizi bu mövzunun altında hamı ilə bölüşməkdir. 

KURSUN QISA MƏZMUNU

STUDİYA AVADANLIĞININ XÜLASƏSİ
• Refletorlar, softbokslar, çətirlər, rəngli gellər, fonlar
• İşıqlandırma avadanlığı
• Daimi və İmpuls işığı

İMPULS İŞIĞININ XÜSUSİYYƏTLƏRİ
• İmpulsun gücü
• İmpulsun müddəti
• Dolma müddəti
• İşığın temperaturu

İŞIĞIN İDARƏ EDİLMƏSİ 
• İmpuls işığı
• Sinxronizasiya
• Ekspozisiyanın təyini
• Histoqram
• Tərs kvadrat qanunu

İŞIĞIN XÜSUSİYYƏTİ
• İstiqamətləndirilmiş işıq
• Yayılmış işıq
• İşıq reflektorları

İŞIĞIN TİPİ
• Əsas işıq
• Dolduran işıq
• Əks işıq
• Fon işığı

STUDİYADA VƏ AÇIQ MƏKANDA TƏCRÜBƏ 
• Tək işıq mənbəyi ilə çəkiliş
• Klasik işıq sxemi
• Yüksək açar, kölgəsiz işıq
• Alçaq açar
• "Hollivud sxemi"

MƏKAN 
2942A, M. Hadi küçəsi (Həzi Aslanov metro stansiyasının yaxınlığında)

MÜDDƏT, TARİX VƏ VAXT
Kurs ümumilikdə 8 dərsdən ibarətdir. Məşğələlərın vaxtı qrup yığıldıqdan sonra, iştirakçıların rəyini nəzərə almaqla təyin ediləcək.

İŞTİRAKÇI SAYI
Təlimin efektivliyi məqsədilə kursda iştirakçı sayı məhduddur. Qrupda maksimum 5 iştirakçı nəzərdə tutulub. 

SİZƏ NƏ LAZIM OLACAQ
• Kamera
• Qeydlər üçün qələm və dəftər
• Fleş kart

QİYMƏT 
Təlimdə 1 nəfər üçün iştirak haqqı 200 AZN-dir. İştirak haqqı əvvəlcədən və ya birinci məşğələdə ödənilməlidir.

TƏLİMÇİ 
Rüfət Abas

Əlavə məlumat və qeydiyyat üçün əlaqə:
Email: info@rufatabas.com
Telefon: +994 51 940 40 99

TƏLİMDƏ İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKI ONLAYN QEYDİYYAT FORMASINDAN İSTİFADƏ EDƏ BİLƏRSİNİZ. 
Qeydiyyatdan keçdikdən sonra E-poçtunuza gələn mesajı təsdiqləməyi unutmayın.


********************************************************************


КРАТКОЕ СОДЕРЖАНИЕ КУРСА

ОБЗОР ОБОРУДОВАНИЯ ФОТОСТУДИИ

• Отражатели, софт-боксы, зонты, цветные гели, фоны
• Осветительное оборудование
• Постоянный и импульсный свет

ХАРАКТЕРИСТИКИ ИМПУЛЬСНОГО СВЕТА 
• Мощность вспышек
• Длительность импульса
• Время перезарядки
• Цветовая температура

УПРАВЛЕНИЕ СВЕТОМ 
• Импульсный свет
• Синхронизация
• Определение экспозиции
• Гистограмма
• Закон обратных квадратов

ХАРАКТЕР СВЕТА
• Направленный свет
• Рассеянный свет
• Светоотражатели

ТИПЫ ОСВЕЩЕНИЯ 
• Рисующий
• Заполняющий
• Контровой
• Фоновый

ПРАКТИКА В СТУДИИ И НА ПЛЕНЭРЕ
• Съёмка с одним источником света
• Классическая постановка света
• Высокий ключ, бестеневое освещение
• Съемка в низком ключе
• "Голливудская схема"

МЕСТО 
2942А Ул. М. Хади (недалеко от ст. метро Ази Асланов)

ДЛИТЕЛЬНОСТЬ, ДАТА И ВРЕМЯ
Курс состоит из 8 занятий. Точное время начала занятий будет установлена после набора группы и обсуждения с участниками.

КОЛИЧЕСТВО УЧАСТНИКОВ
С целью повышения эффективности курса количество мест ограничено. Максимальное количество участников в группе 5 человек.

ВАМ ПОНАДОБЯТСЯ 
• Фотоаппарат
• Блокнот и ручка для записей
• Карта памяти

СТОИМОСТЬ 
Стоимость участия одного человека 200 AZN. Вся сумма должна быть полностью внесена до начала занятий или же на первом занятии.

ИНСТРУКТОР 
Руфат Абас

Контакты для регистрации и для получения дополнительной информации:
Email: info@rufatabas.com
Телефон: +994 51 940 40 99



İŞTİRAK ÜÇÜN ONLAYN QEYDİYYAT FORMASI

* doldurulması vacibdir



No comments:

Post a Comment

Please note that all comments are moderated! All spam will be deleted and the offending poster will be banned. Constructive feedback and discussions are welcome. Thank you!