December 27, 2013

“BEFORE & AFTER” Adobe Lightroom Kursu

Həvəskar və peşəkar fotoqraflar üçün “BEFORE & AFTER” Adobe Lightroom kursunu təqdim edirik. Təlimdə iştirak etməklə Siz, redaktor vasitəsilə fotoların emalına sərf etdityiniz vaxtı azaltmaqla yanaşı, onların emal keyfiyyətini artıracaq, eləcə də yaradıcı fəaliyyət imkanlarınızı genişləndirməklə, fotoqrafiya sahəsindəki bilik və bacarıqlarınızı daha yüksək mərhələyə daşımaq imkanı əldə edəcəksiniz. Təlim Azərbaycan və Rus dillərində aparılır.


Kurs bitdikdən sonra yadınızdan çıxan və ya başa düşmədiyiniz nəsə olsa, eləcə də hər hansı bir texniki problemlə üzləşsəniz və məsləhətə ehtiyaçınız olarsa, hər an dəstəyimə arxalana bilərsiniz. Bunun üçün yeganə şərt - kurs haqqında rəyinizi və şərhlərinizi bu mövzunun altında hamı ilə bölüşməkdir. 


KURSUN QISA MƏZMUNU
Lightroomla tanışlıq
  • RAW haqqında
  • Proqramın konsepsiyası
  • Proqramın kompüterə qurulması
Modullarla iş
  • Library (Kitabxana)
  • Fotoların əlavə edilməsi
  • Meta-data ilə iş
  • Fotoların seçilməsi
  • Kolleksiyaların yaradılması
  • Fotoların sürətli emalı
  • Eksport
Develop (Emal)
  • Ağ balans
  • Ekpozisiya ilə iş
  • Fotoların rəng tonunun dəyişilməsi
  • Ağ-qaraya çevirmə texnikaları
  • Lenslərin təhrifinin aradan qaldırılması
  • Fotoların korreksiyası
  • Presetlərin yazılması və yaradılması
  • Fotoların sinxron emalı və korreksiyası
Əlavə Modullar
  • Map
  • Book
  • Slideshow
  • Print
  • Web

MƏKAN
Üzeyir Haçıbəyov küçəsi (Port Baku Residence arxası)

MÜDDƏT, TARİX VƏ VAXT
Kurs ümumilikdə həftədə 2 dəfə olmaqla 8 dərsdən ibarətdir. Məşğələlərın vaxtı qrup yığıldıqdan sonra, iştirakçıların rəyini nəzərə almaqla təyin ediləcək.

İŞTİRAKÇI SAYI
Təlimin efektivliyi məqsədilə kursda iştirakçı sayı məhduddur. Qrupda maksimum 5 iştirakçı nəzərdə tutulub.

SİZƏ NƏ LAZIM OLACAQ
  • Noutbuk
  • Adobe Lightroom proqramı. Proqramı (İngilis dilində trial) buradan endirə bilərsiniz 
  • Fleş kart
  • Qeydlər üçün qələm və dəftər

QİYMƏT
Təlimdə 1 nəfər üçün iştirak haqqı 80 AZN-dir. İştirak haqqı əvvəlcədən və ya birinci məşğələdə ödənilməlidir. 

TƏLİMÇİ
Rüfət Abas

Əlavə məlumat və qeydiyyat üçün əlaqə: 
Email: info@rufatabas.com
Telefon: +994 51 940 40 99

TƏLİMDƏ İŞTİRAK ETMƏK ÜÇÜN ONLAYN QEYDİYYAT FORMASINDAN İSTİFADƏ EDİN.




2 comments:

  1. Telimler gedir helede yani indi qoshula bilerem yoxsa gecdi?

    ReplyDelete
    Replies
    1. Qrup təlimləri üçün qrup artıq yığılıb, fərdi təlim üçün hələ yer var.

      Delete

Please note that all comments are moderated! All spam will be deleted and the offending poster will be banned. Constructive feedback and discussions are welcome. Thank you!