June 13, 2012

“BEFORE & AFTER” Adobe Lightroom Workshop

Sizi həvəskar və peşəkar fotoqraflar üçün 5 günlük “BEFORE & AFTER” Adobe Lightroom Seminarına dəvət edirik!


Seminarda iştirak etməklə Siz, redaktor vasitəsilə fotoların emalına sərf etdityiniz vaxtı azaltmaqla yanaşı, onların emal keyfiyyətini artıracaq, eləcə də yaradıcı fəaliyyət imkanlarınızı genişləndirməklə, fotoqrafiya sahəsindəki bilik və bacarıqlarınızı daha yüksək mərhələyə daşımaq imkanı əldə edəcəksiniz. Seminar Azərbaycan və Rus dillərində aparılacaq.

SEMİNARIN QISA MƏZMUNU
Lightroomla tanışlıq
  • RAW haqqında
  • Proqramın konsepsiyası
  • Proqramın kompüterə qurulması
Modullarla iş
  • Library (Kitabxana)
  • Fotoların əlavə edilməsi
  • Meta-data ilə iş
  • Fotoların seçilməsi
  • Kolleksiyaların yaradılması
  • Fotoların sürətli emalı
  • Eksport
Develop (Emal)
  • Ağ balans
  • Ekpozisiya ilə iş
  • Fotoların rəng tonunun dəyişilməsi
  • Ağ-qaraya çevirmə texnikaları
  • Lenslərin təhrifinin aradan qaldırılması
  • Fotoların korreksiyası
  • Presetlərin yazılması və yaradılması
  • Fotoların sinxron emalı və korreksiyası
Əlavə Modullar
  • Map
  • Book
  • Slideshow
  • Print
  • Web

MƏKAN
Dəqiqləşdiriləcək

TARİX VƏ VAXT
1-5 İyul, 2012-ci il. Seminar bazar günündən cümə axşamınadək hər gün saat 18:00-dan 21:00-dək keçiriləcək.

İŞTİRAKÇI SAYI
Təlimin efektivliyi məqsədilə seminarda iştirakçı sayı məhduddur. Təlimdə maksimum 10 iştirakçı nəzərdə tutulub.

QİYMƏT
Seminarda 1 nəfər üçün iştirak haqqı 50 AZN-dir.

ÖZÜNÜZLƏ GƏTİRMƏLİ
  • Noutbuk
  • Adobe Lightroom 4 proqramı (İngilis dilində trial). Proqramı buradan endirə bilərsiniz
  • Fleş kart
  • Qeydlər üçün qələm və dəftər

TƏLİMÇİ
Rüfət Abas

SEMİNARDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKI LİNK VASİTƏSİLƏ QEYDİYYATDAN KEÇƏ BİLƏRSİNİZ. 


BUGÜNƏDƏK QEYDİYYATDAN KEÇMİŞ İŞTİRAKÇILARIN SAYI:


No comments:

Post a Comment

Please note that all comments are moderated! All spam will be deleted and the offending poster will be banned. Constructive feedback and discussions are welcome. Thank you!